Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


23 sentyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir.

Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov olmuşdur. Keçirilən şurada iddiaçı Günel Razim qızı Hacıyeva dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. Dissertasiya işi haqqında rəsmi opponentlər fizika riyaziyyat elmləri doktoru, professor Nazim Baxış oğlu Kərimov, riyaziyyat elmləri doktoru, dosent Telman Benser oğlu Qasımov, fizika-riyaziyyat elmləri namizədi, dosent Şirmayıl Həsən oğlu Bağırov, eləcə də şura üzvləri öz müsbət fikirlərini söyləmişlər.

Sonda gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər