Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayı çap olunub


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” və “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin Anım gününə həsr olunan tədbiri, AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş, Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”, AMEA-nın Rəyasət Heyətinin iclası, “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi, “İlham Əliyev yeni tarixin mükəmməl yol xəritəsini çəkir” sərlövhəli məqalə, müsabiqə, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Mənbə: www.science.az

Faydalı linklər