Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi


Bu gün Riyaziyyat və Mexanika İnstitutunda, Gəncə Dövlət Universitetinin kafedra müdiri dosent İlqar Cabbarovun “Исследования по кратным тригонометрическим интегралам” mövzusunda doktorluq dissertasiyasının müzakirəsi keçirildi. Müzakirədə institutun baş direktoru Misir Mərdanov, direktorun elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov, müdafiə şurasının elmi katibi dosent Əbdürrəhim Quliyev, “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi professor Məmməd Bayramoğlu, “Qeyri harmonik analiz” şöbəsinin müdiri, professor Bilal Bilalov, həmin şöbənin əməkdaşları elmlər doktoru Telman Qasımov, elmlər namizədləri Əli Hüseynli, Aydın Şükürov, BDU-nun əməkdaşları professor Aqil Xanməmmədov, elmlər doktoru Rəşid Əliyev, institutun elmi katibi dosent Tamilla Həsənova iştirak edirdilər. Müzakirə iki saat davam etdi. Əvvəlcə dissertasiya işinə rəy yazmış Əli Hüseynli çıxış etdi. Əli Hüseynli bir saat 20 dəqiqə ərzində dissertasiya işində olan nöqsanlar və səhvlər haqqında ətraflı məlumat vermişdir. Sonra iddiaçı İlqar Cabbarov Əli Hüseynlinin qaldırdığı suallara öz münasibətini bildirdi.

Müzakirələr də Bilal Bilalov, Məmməd Bayramoğlu, Aqil Xanməmmədov, Rəşid Əliyev, Əbdürrəhim Quliyev fəal iştirak etdilər və öz təkliflərini verdilər. Nəticə də qərara alındı ki, İlqar Cabbarov Əli Hüseynlinin qaldırdığı suallarla bağlı növbəti seminarlarda bir daha məruzə etsin.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər