Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, professor Ramiz Mütəllim oğlu Aslanov ürək çatışmazlığından qəflətən 75 yaşında vəfat etmişdir


Ramiz müəllim, 1998-ci ildə pedaqoji elmlər doktoru, 2011-ci ildə “Riyazi analiz” kafedrası üzrə professor və 2013-cü ildə Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir.

2000-2015-ci illərdə Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində “Женщины-математики” (“Qadın-riyaziyyatçılar”) adlı tələbə elmi konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. Dərc etdiyi dünya qadın-riyaziyyatçılarının həyat və yaradıcılığından bəhs edən, üç cildli “Женщины-математики” adlı elmi-populyar kitab akademik Pavel Novikov adına mükafata layiq görülmüşdür.

Onun hazırladığı “Diferensial tənliklər” dərsliyi Moskva Dövlət Pedaqoji Universitetində bu fənnin tədrisində müstəsna əhəmiyyətə malikdir.

O, 2015-ci ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi-texniki informasiya şöbəsinin müdiri, eyni zamanda, “Cəbr və riyazi məntiq” şöbəsində baş elmi işçi və  İnstitutun elmi şurasının üzvü idi.

Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən riyaziyyat elminin təbliğinə həsr olunmuş elmi və elmi-populyar əsərlərinə görə 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mükafatına layiq görülmüşdür.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi iş yoldaşları Aslanov Ramiz Mütəllim oğlunun vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyir.

ALLAH RƏHMƏT ELƏSİN!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər