Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və təhsil naziri Riyaziyyat və Mexanika İnstitutunda olub


25 noyabr 2022-ci ildə Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, porfessor Misir Mərdanov arasında görüş keçirilmişdir. Görüş zamanı nazir institutun mövcud durumu ilə tanış olmuş, respublikada riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilmişdir. Eyni zamanda institutda həyata keçirilən elmi tədqiqat işləri, il ərzində nüfuzlu bazalara daxil olan jurnallarda çap olunmuş məqalələr, institutda hazırlanan elmi jurnallar haqqında geniş söhbət aparılmışdır. Jurnalların redaksiya heyətinin və məqalə müəlliflərinin əməyinin stimullaşdırılması məsələsi də müzakirə mövzusu olmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”na əsasən, Riyaziyyat və Mexanika İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər