Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova “ “1/4-Kadets” teoreminin abstrakt analoqu haqqında” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının müdiri, r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqova “ “1/4-Kadets” teoreminin abstrakt analoqu haqqında ” mövzusunda məruzə ilə etdi.

Məruzədə həyəcanlanmış eksponent sisteminin Lebeq fəzalarında bazislik xassələrinin öyrənilməsi haqqında müəyyən məlumatlar verilir. Riman sərhəd məsələsinin bir abstrakt analoquna baxılır və onun korrekt həll olunması üçün kafi şərt tapılır. Bu yanaşmanın məşhur “1/4-Kadets” teoreminin bir abstrakt analoqunun alınmasına tətbiqi verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər