Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

2 fevral Azərbaycanda Gənclər Günüdür


Azərbaycan gəncləri Azərbaycan üçün yeni uğurlar gətirəcək

                                                                  Heydər Əliyev

2 Fevral Azərbaycanda Ümumrespublika Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ümummilli lider  Heydər Əliyevin sərəncamı ilə MDB məkanı və Şərgi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Azərbaycanın intelektual gənclərin inkişafı ilə bağlı dövlət siyasətinin əsası H.Əliyev tərəfindən qoyularaq  bu gün prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Gənclərlə bağlı məsələlər dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edilir. Hazırda müxtəlif illəri əhatə edən məqsədyönlü dövlət proqramlarının icrası nəticəsində ölkəmizin ictimai-siyasi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün bütün lazımi şərait yaradılıb məqsəd, prinsip və istiqamətlər müəyyən edilib. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir.

Nəsillərin bir-birini əvəz etməsi prosesi milli-mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından bacarıqlı gəncliyin formalaşması zəruridir. Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiyanın zərurətə çevirildiyi müasir dövrün əsas aparıcı qüvvəsi gənclərdir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Hazırda müstəqillik dövründə formalaşan azərbaycan gənci azad fikirli insan kimi yetişir. Sevindirici haldır ki, ölkəmizdə sağlam düşüncəli, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi dövlət siyasətinin prioritet məsələlərindəndir. Hər bir ölkənin gələcək müqəddəratı məhz  gənclərin bilik və bacarığının nə dərəcədə inkişaf etdirilməsindən asılıdır.

  Bayramınız mübarək Azərbaycan gəncləri!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər