Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

14 fevral – “Youtube”un yaranma günü


14 fevral “Youtube”un yaranma tarixindən 18 il keçir.

YouTube – dünyanın ən böyük video paylaşma sistemi 14 fevral 2005-ci ildə Stiv Çen, Çad Harli, Cavid Karim tərəfindən qurulub.

2006-cı ilin oktyabrında sistem “Google” tərəfindən 1,65 milliard  dollara satın alınıb.

Sistem, demək olar ki, tamamilə Python proqramlaşdırma dilində yazılıb. YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənə bilir və ya kompüterә *. flv formatında fayl olaraq endirilə bilir.

“Youtube”a hər gün yüzlərlə video yüklənir. Qeyd edək ki, 14 dekabr 2011-ci il tarixində bu sayta MoldytoasterMedia adlı istifadəçi tərəfindən ən uzun video yerləşdirilib. Video 596 saat 31 dəqiqə 21 saniyə davam etsə də, sonradan silinib. Buradakı ən qısa video isə 0,2 saniyə davam edir.

Bu gün dünyanın bir çox ölkəsindən milyonlarla istifadəçisi olan “Youtube” video paylaşma sistemi insanların internetdə məşhurluq qazanmasına səbəb olub. Onun ən çox izlənilən istifadəçisi “Pewdiepie”dir.

Hazırda aktiv qeydiyyatdan keçmiş istifadəçilərin sayı 1 milyard nəfəri ötür. “YouTube” tətbiqinin mobil cihazlarda istifadəyə verilməsindən sonra istifadəçilərin sayı çoxalıb.

istmira.com

Faydalı linklər