Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Daha çox kitab oxuyun ki…


Bu yaxınlarda aparılan araşdırma nəticəsində insanların həyatında mühüm rol oynayan kitabın daha bir faydası ortaya çıxıb. Belə ki, kitab oxuyan insanların heç oxumayanlara nisbətən iki il daha çox yaşadıqları məlum olub.

“Open Culture” veb saytının 3 min 635 insan arasında apardığı araşdırmanın nəticələri göstərib ki, həftədə 3,5 saatdan az kitab oxuyanlar, daha çox oxuyanlara nisbətən qısa ömür sürür. Kitab oxuyanların ömrü isə heç oxumayanlara nisbətən iki il daha uzun olur. Gün ərzində ən azı yarım saat kitab oxuyanlar oxumayanlarla müqayisədə ömür müddəti baxımından əhəmiyyətli bir üstünlüyə sahibdir. Araşdırmada bunun səbəbinin nə ilə əlaqəli olması barədə isə heç bir məlumat verilmir. Daha əvvəl də bəzi araşdırmalarla mütaliənin sosial nöqteyi-nəzərdən başlayaraq, ruh sağlamlığına qədər fərqli sahələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir göstərdiyi sübut edilib. İndiyə qədər aparılan araşdırmanın nəticələri göstərib ki, kitab oxumaq beynin funksiyasına təsir edərək yaddaşı, empatiya duyğusunu gücləndirir, diqqəti artırır, danışıq və yazı qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə, hətta kitab oxumağın stres atmağa, əsəb və gərginliyin azalmasına, depressiyadan xilas olmağa da kömək etdiyi bildirilir.

respublika-news.az

Faydalı linklər