Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda, 246 nömrəli məktəb – lisey kompleksinin “Kiçik Akademiya” sının bir qrup üzvləri  ilə görüş keçirilmişdir


Martın 9-də AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda 246 nömrəli məktəb – lisey kompleksinin “Kiçik Akademiya” sının bir qrup üzvləri ilə görüş keçirildi. Görüşdə  institutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, icraçı direktor professor Ədalət Axundov, elmi katib dosent Tamilla Həsənova, baş menecer Mehdi Məmmədov, Gənc alim və mütəxəssislər şurasının sədri m.ü.f.d. Pərviz Müseyibli, “Kiçik Akademiya” nın rəhbəri  Şücaət Qafarova, məktəbin riyaziyyat müəllimi Mahizər Vəliyeva və “Kiçik Akademiya” nın istedadlı şagirdləri Məmmədova Gülər, İdrisli Turqay, Tağıyev Elmir iştirak ediblər. AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov gələn qonaqları salamlayaraq, institutun fəaliyyəti və görülən işlərlə bağlı məlumat verib.

Sonra “Kiçik Akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova və  riyaziyyat müəllimi Mahizər Vəliyeva məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya”nın fəaliyyəti haqqında danışıb, istedadlı şagirdləri və onların mövzularını təqdim edib.

VII, VIII  sinif şagirdləri Məmmədova Gülər, İdrisli Turqay, Tağıyev Elmirin  təqdimatında “Qızıl nisbət”, “Bölünmə əlamətləri” mövzularında məruzələr dinlənilib.

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, icraçı direktor professor Ədalət Axundov, elmi katib dosent Tamilla Həsənova şagirdlərin məruzələri və mövzu seçimləri ilə bağlı tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Sonda İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını və məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər