Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dahiləri bir də belə taniyaq!


Camal Sürəya

“Həyatda göz yaşlarıma layiq insan görmədim. Ya mənim göz yaşlarım dəyərsizdir, ya da uğrunda göz yaşı tökə biləcəyim insanlar mənasızdır”. Belə deyərdi türk ədəbiyyatının məşhur simalarından biri, sevgi şeirləri ilə adı dillər əzbəri olan Camal Sürəya… Həyatı boyunca 4 dəfə evlənən şair bəlkə də elə bu səbəbdən şeirlərində qadın ruhunu daha yaxşı tərənnüm edə bilirdi…

Əsl adı Camaləddin Seber olan Camal Sürəya Ərzincanda dünyaya göz açıb. 7 yaşında anası Gülbəyaz xanımı itirən Camala və bacılarına nənəsi baxıb. Ana sevgisindən məhrum qalan şair atasının evlənməyini istəyirdi:

“ İstəyirdim evdə bir qadın olsun, ana deyək”. Ancaq bu istəyini atasına bildirmir. Bir müddət sonra nənəsi qocaldığı üçün uşaqlara baxa bilməyəndə, əmisinin vasitəçiliyi ilə atası Əsma adlı xanımla evlənir. Ancaq Əsma Camal Sürəyaya həsrətində olduğu ana qayğısı yerinə həyatı boyunca unutmayacağı acılar yaşadır. Ögey anasını  “dəli” adlandıran Camal Sürəya onun çox pis insan olmasından xatirələrində bəhs edir. Yeri gəlmişkən qeyd edək ki, sürücülüklə məşğul olan atası Hüseyn bəy avtomobil qəzasında həlak olub. O, atasının ölümünü “ faciəvi ölüm” adlandırırdı. Şair həyatı boyunca 4 dəfə evlənib. Qadınlara olan bağlılığı şeirlərində də özünü büruzə verirdi. Camal Sürəya dəfələrlə qadınlar mövzusunda şeir yazıb.

İlk evliliyi orta məktəbdə sinif yoldaşı olan Seniba Nəmli ilə olub. O, ilk həyat yoldaşına “ Bənzəri olmayan yar” deyirdi. Bu nigahdan cütlüyün Ayşə adlı qızı dünyaya gəlib.Sonra anlaşılmasızlıq səbəbindən boşanıblar.

Camal Sürəyanın həyatındakı daha bir qadın isə Tomris Uyar olub. O zamanlar Ülkü Tamer adlı adamla evli olan Tomris xanım Camal Sürəyaya aşıq olur və sevgiləri üçün ikisi də boşanır. Bu gün belə onların sevgisi haqda “ Türk ədabiyyatının ən məhsuldar sevgisi” deyilir. Onlar rəsmi olaraq evlənməsələr də 3 il birlikdə yaşayıblar.

Camal Sürəya sevgi və ehtiras dolu ən gözəl şeirlərini Tomris xanıma həsr edib. Daha son- ralar isə Camal Sürəya ən uzunmüddətli evli qaldığı Zühal Təkqanada aşiq olub.

Bu evlilikdən isə cütlüyün Memo Əmrah adlı oğlu dünyaya gəlib. Onların bir-birlərini hədsiz dərəcədə qısqanması boşanmalarına səbəb olub.

Camal Sürəya üçüncü dəfə evlənir. “ Xanım Nəhayət” adlandırdığı Güngör Dəmirayla evliliyi böyük sevgi ilə başlasa da, cəmi bir il davam edir. Camal Sürəyanın qısqanclığıpndan bezən qadın onu tərk edir.

Şair dördüncü dəfə isə Birsən Sağnak adlı xanımla ailə həyatı qurub. Birsən xanım dörd uşağı olan ana, eyni zamanda kitab evinin sahibi idi. Şairin “Xanım Ən Nəhayət” adlandırdığı bu xanım xarakterindəki çətinliklərə rəğmən ona daha çox şəfqətli yanaşırdı. Evliliyi çox yaxşı gedən zamanlarda Camal Sürəya təqaüdünün az olmağı səbəbindən bankda işə başlayır. Ancaq bank iflasa uğrayır. Mühakimə olunan Camal Sürəya qısa müddət sonra bəraət alır. Siqaret vərdişindən bu illərdə xilas olan camal Sürəya həyatı boyunca spirtli içkidən uzaqlaşa bilmir.

Şair 59 yaşında İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişir. İkinci həyat yoldaşı Zühal xanım onun ölümü ilə bağlı xatirələrində deyir: “ İnsulin ürək döyünməsini sürətləndirib, ürək çatışmazlığı olduğu üçün də vəfat edib.

Pol Sezan

Fransanın məşhur post impersionist rəssamı Pol Sezan.  Həyatının sonuna qədər rəssam kimi qəbul edilməyən bu dahi şəxsiyyət, dövrünün bir çox sənətşünası tərəfindən  “istedadsız” kimi xarkterizə edilmişdir. Lakin həyatda və sevgidə uduzsa da, sənətdə qalıb gəlməyi bacarmışdi. Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu “ hamımızın atası”, Renuar isə “ əsrarəngiz şəxsiyyət” adlandırır.

Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam, çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edilib.

Sezanın həyatının böyük bir qismi çox güclü və əzici şəxsiyyəti olan atasının tabeliyi altında keçmişdir. Rəssamlığa olan böyük marağına baxmayaraq, daxil olduğu rəssamlıq akademiyasından çıxmış və atasının əmriylə Hüquq məktəbinə daxil olmuşdur. Insanlarla ünsiyyətə girməyi sevməyən və bunu “mən tək başıma qalmaq üçün yaradılmışam” cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Həyatında etibar etdiyi yeganə şəxs atasıyla  olan gərgin münasibətləri fonunda onu müdafiə edən anası idi.

Özündən 11 yaş kiçik, Fike adlı yoxsul bir ailənin qızı ilə evlənən rəssamın sevgidə də bəxti gətirməmişdi. Belə ki, xanımı deyingən və dikbaş bir qadın idi, pul xərcləməyi də çox sevirdi. Fike rəssamın əsərlərini tez-tez təhqir etdiyi üçün Sezanın dostlarının ondan zəhləsi gedirdi.  Amma qadınlardan  çəkinən Sezan, gənc Fikeyə o dərəcədə vurulmuşdu ki, ona qədər tənha yaşamasına səbəb olan az gəlirini təhlükə altına salmağa risk etmiş, təkcə münasibətini deyil, sonralar Fikedən dünyaya gələn oğlunu da atasından qizlətmişdi.

Dünyasını dəyişəndə rəssamın 67 yaşı vardı. Sezan qarışıqlığı sevmirdi, çox danışmaz və ziyarətçi qəbul etməzdi. Ömrünün sonuna kimi doğulduğu şəhərdə Provansda yaşamışdır. Ölümündən əvvəl o, revmatizma xəstəliyindən əlində fırçanı tuta bilmirdi. Fırçanı əlinə bağlayaraq beləcə şəkil çəkməyə davam etmişdi. Bir gün açıq havada rəsm çəkərkən yağış altında qalmış və evə qayıdarkən yolda huşunu itirmişdi. Yoldan keçən bir sürücü onu evine aparmış, səhərisi gün o, rəsm çəkmək üçün yenidən qalxmış və huşunu itirmiş və bir neçə gündən sonra vəfat etmişdir.

respublika-news.az

Faydalı linklər