Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi-texniki yeniliklər


Süni intellekt tezliklə yuxuları lentə alacaq

İndiyə qədər aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, yuxu bitdikdən, 50, 10 dəqiqə keçdikdən sonra isə 90 faizi yaddaşdan silinir. Ancaq çox yaxında süni intellektin köməkliyi ilə bu vəziyyət  dəyişə bilər. Belə ki, elm adamları süni intellekt vasitəsilə  yuxuları lentə ala biləcəklərini iddia edirlər.

Sözcü.com.tr veb saytının yaydığı informasiyaya görə, artıq süni intellekt vasitəsilə beyin skanlarını oxumaq və insanların yuxuda gördüklərinə bənzər görüntülər yaratmaq mümkündür. Bu texnologiya həmçinin, gələcəkdə  müxtəlif heyvan növlərinin ətraf mühiti necə qəbul etdiyini öyrənmək və iflic olan insanların ünsiyyət qurmasına  kömək etmək üçün müxtəlif sahələrdə də  tətbiq edilə bilər.

Daha əvvəllər də laboratoriya şəraitində beyinin skan edilmiş görüntülərini yenidən qurmaq üçün süni intellektdən bir neçə dəfə istifadə edilmişdi. Osaka Universitetinin nevroloqu Yu Takagi izah edib ki, süni intellekt alqoritmi təsvirlər yarada bilmək  üçün beyin fəaliyyəti ilə bağlı onun müxtəlif hissələrindən alınan məlumatlardan istifadə edir. Alqoritm beynin aktiv bölgələrinə qan axınındakı dəyişiklikləri aşkar edən funksional maqnit rezonans görüntüləri, beyin skanlarından əldə edilən məlumatları şərh edir.

Sistem sınaqlara cəlb edilmiş  iştirakçıların beyin skanlarında uğurla testdən keçirilib. Tədqiqatçılar yeni texnologiyanın  koqnitiv nevrologiya tədqiqatlarına yeni imkanlar açacağına, xəyali düşüncələri və yuxuları əngəlləmək üçün də istifadə oluna biləcəyinə ümid edirlər.

Klonlaşdırılmış robot qol

“Clone Robotics” şirkəti  insan əlinə bənzəyən robot qol istehsal edib. Ancaq şirkət təkcə bununla kifayətlənmək fikrində deyil. Belə ki, şirkətin sözcüsü yaxın gələcəkdə insan klonunun istehsalını planlaşdırdıqlarını açıqlayıb.

İnsanın klonunu yaratmaq fikri hər zaman maraq doğuran məsələlərdən biri olsa da, hələ ki, elmi fantastik filmlərin mövzusu olaraq qalır. Lakin çox iddialı görünən “Clone Robotics” şirkəti  insan qolunun süni surətini yaratmaqla bu xəyalı yaxın gələcəkdə reallaşdırmaq arzusundadır.

Şirkətin “Clone Hand” (klon əl) adlandırdığı robot qol eynilə insan qolu kimi əzələ və sümüklərdən ibarətdir.  Süni mühitdə hazırlanmış qurğu əsl insan qolunun funksiyalarını  yerinə yetirə bilir.  7 kiloqrama qədər yükdaşıma  qabiliyyətinə malik olan robot qol süni əzələlər sayəsində əyilməyə qarşı 650 min dəfə  davamlıdır.  Əldə edilən məlumata görə, qurğu təxminən 2800 dollara başa gəlib.

Komandanın məqsədi klon qolu tamamilə hazır vəziyyətə gətirdikdən sonra  gerçək bir insan klonu yaratmaqdır. Tədqiqatçıların fikrincə,  süni insan üzvləri yaradaraq  gələcəkdə əlil insanlara kömək edə  bilərlər.

respublika-news.az

Faydalı linklər