Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bunları bilmək maraqlıdır


Niyə Başlanğıc meridian Londondan götürülür ?

Bir çoxlarımız biliri ki Qrinviç meridianı vəya Başlanğıc meridian Böyük Britaniyanın paytaxtı Londondakı Qrinviç qəsəbəsində yerləşən Qrinviç rəssədxanasından keçir. Bu meridian sıfırıncı meridianda adlanır. Dünyada bir çox  böyük və qədim şəhərlər olmasına baxmayaraq başlanğıc meridianı kimi Qrinviç götürülüb. Başlanğıc meridianı seçilmədən əvvəl hər bir ölkənin xəritə prodüserləri başlanğıc uzunluğu olaraq öz milli rəsədxanasından keçən meridianı əsas götürürdülər. Məsələn Amerikanlar Vaşınqtonu, Fransızlar Parisi ( Sen – Luis kilsəsi), Ərəblər Qüds, İngilislər isə Qrinviçi başlanğıc meridian hesab edirlər.

Ancaq coğrafi kəşflər və xəritəçəkmə məsələlərində İngilislər öndə olduqları üçün bir  çox ölkənin dənizçiləri İngilis xəritələrindən istifadə edirdi. Elə buna görədə1884-ci ildə Beynəlxalq Meridian Konfransında alınan bir qərara əsasən başlanğıc meridian kimi Qrinviç götürülmüşdür və digər ölkələrlə də başlanğıc meridianı qəbul edilmişdir. Bu tarixdən sonra başlanğıc meridianı Qrinviç rəsədxanasının yerləşdiyi yer kimi qəbul edilmişdi. Rəsədxana 1948-1958 –ci illər arasında başqa bir yerə daşınsada əvvəl olduğu yer  0-cı meridian kimi qalmışdır.

Qrinviç başlanğıc meridianı seçilməsinin digər bir səbəbi də 0° meridianı ilə tam bir çevrə yaradan 180° meridianı dünyada tarix dəyişikliyinə yol açmasıdır.

coqrafiya.blogspot.com

Faydalı linklər