Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və  dissertanturaya aşağıda göstərilən ixtisaslar üzrə qəbul elan edir:

İxtisasın şifriİxtisasın adıDoktorantura əyaniDissertantura
1202.01Analiz və funksional analiz22
1211.01Diferensial tənliklər22
1212.01Riyazi fizika tənlikləri11
1214.01Dinamik sistemlər və optimal idarəetmə11
2003.01Maye, qaz və plazma mex-sı11

Xarici dil üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanı Azərbaycan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanı – 4, 5, 6 sentyabr 2023-cü il tarixlərində, ixtisas fənni üzrə  imtahanının keçirilməsi -11, 12, 13 sentyabr 2023-cü il tarixlərində nəzərdə tutulmuşdur.

Fəlsəfə fənnindən imtahanın keçirilməsi üçün bölgü və qəbulun nəticələrinin qeyd olunması üçün cədvəllər təqdim olunacaq.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş lnformasiya Sistemi” (TMiS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali va orta ixtisas təhsil müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Elmi müəssisə üzrə təyin edilmiş məsul şəxs və doktorantura şöbəsinin əməkdaşı tərəfindən qeydiyyatdan keçən vətəndaşların sənədləri yoxlanılıb təsdiq ediləcək.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaq və 16 may sənəd qəbulu üçün son tarixdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər