Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Bunları bilmək maraqlıdır:  Həyat xilas edən sistemlər


Mənasını bilməsək də, gündəlik həyatda tez-tez qarşılaşdığımız bəzi sadə sistemlər var. Bu sistemlərdən xəbərsiz olsaq da, əslində həyati təhlükəsizliyimizi təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə böyük şəhərlərdə və magistral yollarda baş verən yol qəzalarında neqativ hallarla qarşılaşmamaq üçün çox az adamın diqqət yetirdiyi bəzi ehtiyat tədbirləri görülür. Küçələrdə, binalarda, yollarda səyahət edərkən tez-tez rastlaşdığımız bu xilasedici sistemlər və onların gördükləri işləri sizə təqdim edirik.

Elektrik naqillərindəki qırmızı şarlar

Yüksək gərginlikli xətlərdə və uzun elektrik naqillərində görünən qırmızı şarların vəzifəsi deyilənlərin əksinə olaraq naqilləri aşağı çəkmək və ya bir-birindən uzaqlaşdırmaq deyil. Fərqli bucaqlardakı işıq səviyyələrinin təsiri ilə bəzən görünməz hala gələn elektrik naqilləri xəbərdarlıq şarları ilə helikopter və təyyarələr üçün qəzaların qarşısını almağı hədəfləyir. Qırmızı və ağ rənglərdə olan xəbərdarlıq şarları yerüstü istifadə olunan yüksək gərgnlikli elektrik  xətti və çaydan keçən kabel elektrik ötürücü xətti işarələyərək, hava nəqliyyatlarının naqillərlə toqquşmasının və cərəyana düşməsinin qarşısını alır.

Xəbərdarlıq şarları hava limanlarına yaxın olan elektrik naqili xətlərində və üzərindən kabel çəkilən çaylarda, göllərdə, dərələrdə, yollarda, dəmir yollarında, tikinti sahələrində və boru xəttlərində istifadə olunur. Bu şarlar həmçinin hərbi bazaların, polis məntəqələrinin, helikopter marşrutlarının və digər aşağı uçuş ərazilərinin yaxınlığında da görünə bilər. Xəbərdarlıq şarları paslanmayan poladdan və ozona davamlı materiallardan hazırlanır və yüksək gərginlikli naqillərə asanlıqla uyğunlaşdırıla bilər.

Hündür binaların üstündəki qırmızı ışıqlar

Hündürmərtəbəli binalarda və göydələnlərin üzərində görünən qırmızı işıqlar xəbərdarlıq şarları kimi təyyarələri xəbərdar etməkdə mühüm rol oynayır. Müxtəlif variantlarla işıqlandırılan binalar, təyyarə və helikopterlərin qəzaya uğramasının qarşısını almaq üçün 3 fərqli şəkildə işıqlandırıla bilir. Xəbərdarlıq lampaları istifadə olunduğu binanın formasını və ölçüsünü göstərdiyi  üçün onların sayı və yeri hər binaya görə dəyişə bilər. Bununla belə, xəbərdarlıq lampalarının xüsusilə hündürmərtəbəli binalar üçün mühüm qoruyucu olduğunu xatırlatmalıyıq.

Tunellərdəki təcili çıxış qapıları

Uzun tunellərdə təcili çıxış və ya yanğından çıxış qapıları hər kəsin diqqətini çəkən detallar arasındadır. Ancaq çoxları bu qapıların hara açıldığını dəqiq bilmir. Tuneldə mümkün yanğın, qəza, maye və ya qaz sızması zamanı istifadə edilməsi planlaşdırılan təcili çıxış qapıları adətən əks istiqamətdə gedən yan tunelə açılır. Tunellərin hündür dağların qazılması ilə inşa edilməsi tikinti zamanı yeraltı sərvətlərin üzə çıxmasına şərait yaradır. Mümkün fövqəladə vəziyyətdə istifadə edilən qapılarda mikro açar da var. Bu mikro açar ilə səlahiyyətlilərin fövqəladə vəziyyətdən xəbərdar olması təmin edilir.

Mənbə: ikisahil.az

Faydalı linklər