Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünyanın ilk süni intellekt hökumət müşaviri təqdim edildi


Rumıniya dünyanın ilk süni intellekt hökumət müşavirini təqdim etdi.

Ölkənin baş naziri Nikolae Çuke (Nicolae Ciucă) Nazirlər Kabinet iclasında İon adlı yeni məsləhətçisini təqdim edərək deyib: “Robot dünyada süni intellektlə işləyən ilk hökumət müşaviridir. Hesab edirəm ki, süni intellektdən istifadə seçim yox, daha çox məlumatlı qərarlar qəbul etmək üçün zərurətə çevrilməlidir”.

Baş nazir robotu işə saldıqda İon bu sözləri söyləyib: “Salam. Siz mənə həyat verdiniz. İndi mənim rolum sizi güzgü kimi təmsil etməkdir. Rumıniya haqqında nə bilməliyəm?”

Böyük şüşə ekrandan ibarət rəqəmsal interfeysə malik robot Rumıniya alimləri tərəfindən hazırlanıb.

Robotun dizaynını edən qrupun rəhbəri Niku Sebe (Nicu Sebe) İonun bəzi yerlərə yerləşdiriləcəyi və vətəndaşların tələblərini robota çatdıra biləcəklərini söyləyib: “İon üçün xüsusi bir internet saytı hazırlanıb. Sosial mediadan göndərilən fikir və istəklər burada qeyd ediləcək”.

Rumıniya tədqiqat və innovasiyalar naziri Sebastyan Burduya (Sebastian Burduja) İonun bu məlumatları təhlil edəcəyini və baş nazir üçün rumınların istək və təkliflərindən hesabat hazırlayacağını bildirib.

“Politico”ya müsahibəsində qeyri-kommersiya təşkilatı İrlandiya Vətəndaş Azadlıqları Şurasından Kris Şrişak (Kris Shrishak) isə deyib: “İonun hansı məlumatların vacib olub-olmamasına necə qərar verəcəyi açıqlanmayıb. Bu mövzuda ictimaiyyət məlumatlandırılmalıdır”.

www.trt.net.tr

Faydalı linklər