Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı beynəlxalq elmi konfrans başa çatıb


AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı üç günlük beynəlxalq konfrans öz işini uğurla başa çatdırdı.

Konfransa sədrlik edən ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nən müxbir üzvü, professor Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq  Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq Elmi konfransın keçirilməsi xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Ümummili Liderin dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən söz açan institutun rəhbəri, professor Misir Mərdanov  Heydər Əliyevin müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymadığını, o cümlədən elm-təhsil problemlərinin kompleks həllinə nail olduğunu xüsusi vurğulamışdır.  Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu alternativsiz siyasətin ardıcıllığı Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Daha sonra qeyd olundu ki, Ümummili Liderin əziz xatirəsinə həsr olunmuş konfransın təşkilində əsas məqsəd müasir riyaziyyatın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri bir araya gətirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, gənclərin elmə olan marağını artırmaqdır. Alim istər plenar və seksiya iclaslarında, alimlərin bir-birindən maraqlı təqdimatları olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, konfransda 15 ölkədən (ABŞ, Türkiyə, Rusiya Federasiyası, İtaliya, Ukrayna, Belarusiya, Özbəkistan, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, İran, Gürcüstan, Estoniya, Cənubi Afrika, Şimali Kipr Respublikalarından), həmçinin ölkəmizin elmi müəssisə və universitetlərindən olan alim və mütəxəssislər  iştirak edib. Konfransın bölmə iclaslarında 180-dən çox elmi məruzə dinlənilib.

Tədbirin yekununda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər