Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

HEYDƏR ƏLİYEV xalqa həsr olunmuş ömür – Misir Mərdanov


Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə kitab çapdan çıxdı..

Bu kitab xalqımızın böyük oğlu, xilaskarı və Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, milli siyasi sistemin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrünə həsr edilir. Kitabda tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı olmadığına görə kitab Sovet xalqları, həmçinin Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində oynadığı roldan, onların həyatına təsir edəcək proseslərə imza atmasından da söhbət açılır.

Kitabda Heydər Əliyevin şəxsiyyət kimi formalaşdığı dövrlər, dünyanın əsas siyasi liderlərindən birinə çevrilməsi mərhələləri, bu yolda rastlaşdığı çətinliklər, məhrumiyyətlər, lakin bütün qara qüvvələrə üstün gələn parlaq zəka, dəmir iradə, cəsarət, fəhm, milli təəssübkeşlik qələmə alınmışdır. Beş fəsildən ibarət olan kitabın ilk fəsli uşaqlıq, gənclik və yetkinlik illərinə, ikinci fəsli Azərbaycanda siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərə, üçüncü fəsli Moskva dövrünə (1983-1990), dördüncü fəsli ömrünün Naxçıvan mərhələsinə (1990-1993), sonuncu fəsil isə xalqın tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən sonrakı gərgin fəaliyyətinə həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər