Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Pentaqonun süni zəka mütəxəssisi ChatGPT barəsində: ‘Bəli, mən həqiqətən də qorxuram’


Pentaqonun süni zəka texnologiyaları üzrə şöbəsinin rəhbəri olan Craig Martell bildirib ki, generativ süni zəka sistemləri dezinformasiya üçün ideal alət ola bilərlər. Ondan generativ süni zəka sistemləri barəsində fikirləri soruşan zaman Craig Martell məhz bu cür cavab verib. “Bəli, mən həqiqətən də qorxuram. Bu mənim fikrimdir”. Martell qeyd edib ki, ChatGPT kimi süni zəka sistemləri real problemlərin yaranmasına səbəb olurlar. Çünki bu cür sistemlər qəbul edilən sualların və tərtib edilən cavabların kontekstlərini anlamırlar.

İnsanlar isə bu sistemlərin təqdim etdikləri cavabları faktlar kimi qəbul edirlər. “Bu, mənim ChatGPT qarşısında olan ən böyük qorxumdur. O öz fikirlərini müstəqil şəkildə ifadə etmək məsələsində təlimatlandırılıb və bununla yanaşı o, nüfuzlu şəxsin danışa biləcəyi tərzdə danışır. Məhz bu səbəbdən siz onun təqdim etmiş olduğu məlumatların hətta səhv olduqları halda belə ona inanırsınız. Bu isə o deməkdir ki, bu, dezinformasiya üçün yaxşı bir alətdir. Biz həqiqətən də bu cür dezinformasiya hallarının təyini üçün nəzərdə tutulmuş alətlərə sahib olmalıyıq. Biz hal hazırda bu cür alətlərə sahib deyilik” – deyə Craig Martell qeyd edib.

technote.az

Faydalı linklər