Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiyasını planlaşdırır


ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiya edilməsi mövzusunda ictimaiyyət nümayəndələri ilə müzakirə aparmağı planlaşdırır. Müzakirə mövzusu kimi ABŞ hökumətinin süni zəka sistemlərindən istifadə siyasəti çıxış edəcək. ABŞ prezidenti administrasiyasında qeyd ediblər ki, süni zəka ən güclü müasir texnologiyalardan biridir. Lakin ondan iri miqyasda istifadə yalnız onunla bağlı olan risklərin minimuma endiriləcəyi halda mümkün ola bilər.

Belə ki, innovasiyalar məsuliyyət xarakteri daşımalıdırlar. Siyasətçilər bu məsələ ilə bağlı ilkin fikirlərini yay fəslində təqdim edəcəklər. İctimaiyyət nümayəndələri isə siyasətçilərin hansısa qərarı qəbul etməmişdən öncə onların fikirlərini müzakirə edə biləcəklər. Bununla yanaşı məlumatda qeyd edilib ki, süni zəkanın dövlət qurumlarına inteqrasiyası proqramı süni zəka sahəsi ilə yaxından məşğul olan aparıcı şirkətlərin iştirakları ilə baş tutacaq. Həmin şirkətlərə misal olaraq GoogleMicrosoftNVIDIAOpenAI və s. şirkətləri gətirmək olar.

technote.az

Faydalı linklər