Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

NASA kosmosa nüvə mühərrikli raket göndərməyi planlaşdırılır


NASA kosmosa nüvə mühərrikli raketin göndərilməsi planından danışıb. Məlumata əsasən bu cür raket kosmosa bu onilliyin ikinci yarısında göndəriləcək. Məlumatda həmçinin qeyd edilib ki, nüvə mühərrikinə sahib raketin kosmosa göndərilməsi prosesi çərçivəsində insanların həyatları təhlükə altında olmayacaq. Belə ki, nüvə mühərriki raketin Yer kürəsi səthindən təhlükəsiz məsafəyə qədər uzaqlaşdığı zaman çalışmağa başlayacaq.

NASA bu layihə çərçivəsində ABŞ Müdafiə Nazirliyinin DARPA idarəsi ilə əməkdaşlıq edir. Bu idarə perspektivli tədqiqat layihələrinin reallaşdırılması üçün nəzərdə tutulub. Nüvə mühərrikinə sahib raketin kosmosa 2027-ci ildə göndərilməsi planlaşdırılır. Raketdə təqribi olaraq 10 000 ton itələmə qüvvəsinə sahib mühərrikin prototipindən istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, SpaceX şirkətinin Super Heavy adlı ağır raketində mövcud olan 33 ədəd Raptor V3 mühərriki ümumilikdə 9000 ton itələmə qüvvəsini təmin edirlər.

technote.az

Faydalı linklər