Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib


31 may 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. İnstitutun Qeyri-harmonik analiz şöbəsi r.e.d., dosent Telman QasımovSonlu parçada verilmiş adi differensial operatorların məxsusi funksiyalarının bazislik xassələrimövzusunda məruzə edib.

Məruzədə sonlu parçada verilmiş adi diferensial operatorlar üçün iki nöqtəli, çoxnöqtəli və inteqral şərtləri ilə verilən sərhəd məsələlərinin requlyar və güclü requlyar sinifləri, onların müxtəlif funksional fəzalarda doğurduğu operatorların spektral xassələri haqqında məlumat verilib. Kəsilmə şərtləri ilə verilən və sərhəd və ya kəsilmə şərtlərinə spektral parametr daxil olan spektral məsələlərin məxsusi funksiyalarının bazislik xassələrini tədqiq etmək üçün mövcud metodlar haqqında və onların tətbiqi ilə alınmış nəticələr haqında məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər