Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


4 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. RMİ-nun ümuminstitut seminarında BDU-nun  mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti, f.r.e.n. Şirmayıl Həsən oğlu Bağırov «Yarım-xətti elliptik, parabolik tənliklər və tənliklər sisteminin xarici oblastlarda müsbət qlobal həllərinin yoxluğu» mövzusunda məruzə edib.

Məruzədə koordinat başlanğıcını daxilində saxlayan kompaktın xaricində zaman arqumentinə nəzərən periodik əmsallı yarım-xətti ikinci tərtib parabolik tənliyin müsbət qlobal həllinin yoxluğu məsələsi öyrənilir. Belə həllərin yoxluğunu təmin edən dəqiq kafi şərtlər tapılacaq. Sonra sinqulyar əmsallı ikinci, dördüncü tərtib yarım xətti elliptik, parabolik tənliklər, tənliklər sisteminə baxılacaq və bunlar üçün də müsbət həllin yoxluğunun təmin edən qiylətməndirmələr alınacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər