Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və təhsil naziri media üçün brifinq keçirib


Noyabrın 30-da Elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib.

Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində 2024-cü ilin sentyabr ayının 15-dən 800 – 1000 tələbənin təhsil alması planlaşdırılır. İlkin olaraq 30-40 nəfərdən ibarət akademik və köməkçi heyətin cəlbi nəzərdə tutulur.

Qarabağ Universitetində SABAH qruplarının da təşkili planlaşdırılır. Eyni zamanda digər ali təhsil müəssisələri ilə birgə ikili proqramların həyata keçirilməsi nəzərdə tutulur.

Qarabağ Universitetinə tələbələrin qəbulu Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I kurs), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına müsabiqə (II kurs), mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları (II və ya III kurs) əsasında aparılacaq.

2024-cü ildə təşkil olunacaq sertifikatlaşdırma prosesinə riyaziyyat, Azərbaycan dili ( dövlət dili kimi), ingilis dili, alman dili, fransız dili, rus dili (Azərbaycan bölməsi), rus dili və ədəbiyyat (rus bölməsi)  üzrə fənləri tədris edən təhsilverənlərin cəlb olunması nəzərdə tutulur. Əhatə olunacaq müəllimlərin sayı 31 035 nəfərdir.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

edu.gov.az 

Faydalı linklər