Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika  İnstitutunda “SABAH” qruplarının nümayəndələri ilə görüş keçirilib


01 dekabr 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika  İnstitutunda Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsi ilə görüş keçirilib.

“SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev və ali təhsil müəssisələri üzrə “SABAH” Mərkəzinin rəhbərləri qonaq olublar. Qonaqlar institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovla görüşüblər.

Görüşdə Eldar Qocayev “SABAH” qruplarının yaranma tarixi haqqında məlumat verib, bu günlərdə qruplarda magistratura səviyyəsinin 14 ixtisas üzrə fəalliyyətə başladığını bildirib. Qeyd edib ki,  “Bu proqram ən müasir, xüsusilə texnologiya yönümlü ixtisasları əhatə edir. Süni intellekt, kibertəhlükəsizlik, dayanıqlı şəhərsalma, optimallaşdırma, ehtimal nəzəriyyəsi, əməliyyatların tədqiqi və sistemi, nanohissəciklər, biokimya ilə bağlı dünyanın tələb etdiyi ixtisaslar proqramda yer alır. Görüşdə tədris prosesinin təkmilləşdirilməsi, ixtisasların müəyyənləşdirilməsi, gələcək əməkdaşlıq sahələri və bu istiqamətdə Riyaziyyat və Mexanika  İnstitutunun verə biləcəyi dəstək və töhfələr müzakirə olunub.

Qeyd edək ki, SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər