Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin Türkiyəyə səfəri çərçivəsində Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunda, TÜBİTAK-da, Türkiyə Elmlər Akademiyasında, eləcə də Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Birliyinin prezidenti ilə keçirdiyi görüşlər, “Ədəbiyyatşünas alim və yazıçı: Məmməd Əliyev”, “75 yaşın zirvəsində”, “Akademik Teymur Kərimlinin biblioqrafiyası” sərlövhəli məqalələr, yeni nəşrlər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az

Faydalı linklər