Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən  ED 1.04 dissertasiya şurasının növbəti iclası (əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, r.ü.f.d. Səbinə Rahib qızı Sadıqovanın “Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilmişdir. Əvvəlcə iddiaçı aldığı nəticələr haqqında məlumat vermişdir.

Daha sonra dissertasiya işi haqqında rəsmi opponentlər f-r.e.d., prof. Heybətqulu Mustafayev (ADNSU), f-r.e.d., prof. Daniyal İsrafilov (Balıkesir Univ. Türkiyə), f-r.e.d., prof. Bəhram Əliyev (ADPU), r.e.d., dos. Miqdad İsmayılov (BDU), elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov eləcə də şura üzvləri öz müsbət fikirlərini söylədilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər