Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Tarixi gün: Xankəndidə “Qarabağ” – MOİK oyunu” başlıqlı icmal yer alıb.

Qəzetin bu sayında akademik İsa Həbibbəylinin “İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir” başlıqlı məqaləsi, Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı, eləcə də AMEA rəhbərliyinin iştirakı ilə akademik Ziya Bünyadovun 100 illik, akademik Mirəsədulla Mirqasımovun 140 illik yubileylərinə həsr olunan konfranslara dair yazılar dərc edilib.

Bundan əlavə, qəzetdə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzinin, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun 2023-cü il ərzində fəaliyyətlərinə dair hesabat tədbirləri haqqında xəbərlər yer alıb.

Bugünkü sayda AMEA-nın Kimya Elmləri Bölməsinin illik hesabatından bəhs edən yazı, yeni nəşrlər, tanınmış alimlər haqqında yubiley məqalələri və arxeoloji ekspedisiyaya dair müsahibə ilə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az

Faydalı linklər