Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçı alimlərin Neural Networks və Neural Computation jurnallarında çap etditdikləri məqalələr Amerika alimləri tərəfindən yüksək qiymətləndirilib


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri professoru Vüqar İsmayılov və “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi f.-r.e.n. Namiq Quliyevin 2018-ci ildə Neural Networks və 2016-cı ildə Neural Computation jurnallarında çap etdirdikləri birgə məqalələr yüksək qiymətləndirilmişdir. Amerikanın Memfis universitetinin professoru George Anastassiou öz «Approximation of Brownian Motion on Simple Graphs, Mathematics 2023, 11(20), 4329» məqaləsində Vüqar İsmayılov və Namiq Quliyevin Neural Networks jurnalındakı məqaləsini ötən əsrin məşhur klassik məqalələri ilə yanaşı “seminal work” (əsas, başlıca iş) adlandırmışdır. Amerikanın Texas Universitetinin professoru Tan Bui-Thanh isə Oxford Universiteti nəşriyyatında çap edilən «A unified and constructive framework for the universality of neural networks» işində Vüqar İsmayılov və Namiq Quliyevin Neural Computation jurnalındakı məqaləsinin əsas nəticəsini «striking result» (heyrətamiz nəticə) adlandırmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər