Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin 2023-cü ildə sonuncu sayı dərc edilib


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2023-cü ildə sonuncu sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Əfsanələri həqiqətə çevirən liderin hər ad günündən açılan yeni üfüqlər” adlı məqalə yer alıb.

Qəzetin ikinci səhifəsində akademik İsa Həbibbəylinin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Akademiya əməkdaşlarına təbriki və “Akademiyada Qərbi Azərbaycan tədqiqatları: ilkin yekunlar və vəzifələr” mövzusunda elmi konfransa dair yazı dərc edilib.
Bu sayda AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclası, “Akademiyanın Şuşanamə salnaməsi” mövzusunda elmi konfrans, eləcə də AMEA rəhbərliyinin iştirakı ilə digər görüş və tədbirlərə dair yazılar təqdim edilib.

Bundan əlavə, qəzetdə “Heydər Əliyev İli” çərçivəsində keçirilən beynəlxalq konfrans, elmi sessiya və kitab təqdimatına, o cümlədən institutların 2023-cü il ərzində fəaliyyətlərinə dair hesabat tədbirləri haqqında xəbərlər yer alıb.

Bügünkü sayda mərhum akademik Mahmud Kərimov haqqında və “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Mərkəzi Elmi Kitabxananın inkişafında rolu” adlı məqalələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

science.gov.az

Faydalı linklər