Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

65 Yaşınız Mübarək Mehdi müəllim!


İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.  Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, sadəliyi, səmimiyyəti və dəqiqliyi, təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, vətənpərvərliyi ilə seçilən Riyaziyyat və Mexanika İnstitutunun  Ümumi işlər üzrə direktor müavini Mehdi Abbas oğlu Məmmədovdur.

Mehdi Abbas oğlu Məmmədov 11 yanvar 1959- cu ildə Yevlax şəhərində anadan olub. 1976-cı ildə S.M.Kirov adına ADU-nin indiki Bakı Dövlət Universiteti Mexanika- Riyaziyyat fakültəsinə qəbul olub. Riyaziyyat və Mexanika İnstitutunda Ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir.

Mehdi müəllim yüksək insani keyfiyyətləriylə, dərin daxili mədəniyyətiylə ünsiyyətdə olan hər bir insanın özünə qarşı olan böyük hörmətini və ehtiramını qazanıb. M. Məmmədova xas olan insanpərvərlik, əməksevərlik, həssaslıq və qayğıkeşlik kimi nəcib insani keyfiyyətlər çalışdığı kollektivdə ona böyük hörmət və rəğbət qazandırmışdır.

Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Məmmədov Mehdi Abbas oğlunu doğum günü münasibətilə institutun kollektivi, səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayırıq. Mehdi müəllim qoy yaşınızın üstə gələn bu yaş Sizə sevinc dolu illər bəxş etsin və hər yeni gününüz  isə  istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər