Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin 2024-cü ildə ilk sayı dərc edilib


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2024-cü ildə ilk sayı çapdan çıxıb.Qəzetin ön səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi əsasında icmal, eləcə də ölkə başçısının Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin və Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamları yer alıb.

Qəzetdə AMEA Rəyaət Heyətinin iclası, “Heydər Əliyev və qeyri-maddi mədəni irs” mövzusunda elmi konfrans, “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Çin Avropa Beynəlxalq Əməkdaşlıq Akademik Komitəsinin baş katibi, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları ilə görüşlərinə dair yazılar dərc edilib.

Bu sayda AMEA-nın birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimovun Beynəlxalq Türk Akademiyası və TÜBİTAK tərəfindən keçirilən “Regional və qlobal problemlərin həlli üçün Türk dövlətləri arasında elmə əsaslanan çoxtərəfli əməkdaşlıq” üzrə İşçi toplantıda səsləndirdiyi məruzə, “Ömrünü paleocoğrafiya elminə həsr etmiş alim” adlı məqalə, yeni elmi nəşrlərə və digər tədbirlərə dair xəbərlər yer alıb.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

science.gov.az

Faydalı linklər