Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı dərc edilib.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib” başlıqlı xəbər və 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.

Bu sayda AMEA-nın Rəyasət Heyətinin iclası və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Özbəkistanın nümayəndə heyəti ilə görüşü, “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans və Mir Cəlal Paşayevin alman dilinə tərcümə edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatına dair yazılar dərc edilib.

Bugünkü nömrədə AMEA-da 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olun tədbir, eləcə də “Azərbaycan gəncliyi elm və təhsilin davamlı inkişafının və innovasiyaların tətbiqinin hərəkətverici qüvvəsidir” başlıqlı məqalə yer alıb.

Qəzetin 2 fevral buraxılışda “AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı”, “Qərbi Azərbaycan toponimlərinin taleyi faktların dili ilə – Zəngəzur mahalı” adlı məqalələr və digər tədbirlərə dair xəbərlər təqdim edilib.

Qəzetin rus və ingilis dili bölməsində elmi prioritet fəaliyyəti əks etdirən yazılar, müsahibə, həmçinin son elmi yeniliklərə dair informasiyalar dərc olunub.

science.gov.az

Faydalı linklər