Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi tədqiqatçılar üçün silsilə vebinarlar keçiriləcək


Elmi tədqiqatçılar üçün “Web of Science” (WoS) elmmetrik istinad və xülasə bazasından effektiv istifadəyə dair silsilə vebinarlar keçiriləcək.

Bu barədə  Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Vebinarlar “Web of Science”da tədqiqatçının şəxsi kabinet və profili”, “Web of Science” Grants Index – daha məqsədyönlü qrant təklifləri necə hazırlamalı”, “EndNote” tətbiqi ilə elmi tədqiqatda dürüstlüyün dəstəklənməsi” və “Etibarlı alətlər və məlumatlarla tədqiqat dürüstlüyünün dəstəklənməsi” mövzularında keçiriləcək.

Fevralın 6-dan 27-dək təşkil olunacaq vebinarlar barədə ətraflı məlumatla tanış olmaq üçün  linkə  daxil ola bilərsiniz.

Qeyd edək ki, vebinarlar rus dilində olacaq.

azertag.az

Faydalı linklər