Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər


Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər. Sözügedən qanun layihəsinin final versiyasının təsdiqlənməsinə dair səsvermə Avropa Şurasının Daimi Nümayəndələr Komitəsi çərçivəsində keçirilib. Avropa Komissiyası AI Act adlı qanun layihəsini 2021-ci ildən hazırlayır. Bu qanun layihəsi süni zəka texnologiyalarının vətəndaşların sosial reytinqlərində istifadələrini qadağan edir və üstəlik süni zəkanın tibb və nəqliyyat kimi yüksək riskli sahələrdə ola biləcək risklərinin idarəsi qaydalarını təyin edir.

Bununla yanaşı AI Act qanun layihəsi insanlarla qarşılıqlı əlaqədə olan çat-botlar və digər süni zəka əsaslı tətbiqlər üçün şəffaflığın təmin olunmasını tələb edir. Bununla belə aşağı riskli sistemləri bu qanun layihəsi əhatə etmir. Üçüncü tərəflərə güclü süni zəka modelləri xidmətlərini təklif edən böyük texnoloji şirkətlərə sözügedən qanun layihəsi çərçivəsində xüsusi diqqət ayrılır. Onların fəaliyyətləri Avropa Komissiyasının xüsusi şöbəsi tərəfindən tənzimlənəcək. AI Act qanun layihəsi ilə bağlı ilkin danışıqlar Fransaya görə dayandırılmışdı. Belə ki, Fransa sərt qaydaların Avropa Birliyinə investisiyalar axınını dayandıracaqlarından narahat idi.

Lakin nəticədə tərəflər arasında ortaq məxrəcə gəlinib. Nəticədə AI Act qanun layihəsinin sənədi Avropa Parlamenti tərəfindən təsdiq üçün tam şəkildə hazırdır. Sənədin Avropa Parlamenti tərəfindən təsdiqlənəcəyi halda o, Avropa Birliyinin rəsmi jurnalında dərc olunandan 20 gün sonra qüvvəyə minəcək. Sənəddə qeyd edilmiş bütün qaydaların işə salınmasına isə 2 il vaxt lazım olacaq. Məsələn süni zəkanın vətəndaşların sosial reytinqlərində istifadəsinə qadağa artıq bu ilin payız fəslində qüvvəyə minəcək. Fundamental süni zəka modellərinin tənzimlənməsinə isə 2025-ci ildə start verilməlidir.

technote.az

Faydalı linklər