Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dosent  Gülşən Ağayevanın 70 yaşı tamam olur


Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dosent  Gülşən Ağayevanın 70 yaşı tamam olur.

Gülşən Ramiz qızı Ağayeva 10 fevral 1954-cü ildə Bakı şəhərində anadan olub.   G. Ağayeva 1980-cı ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirib. 1973-1987-ci illərdə həmin institutda akademik A.X.Mirzəcanzadə rəhbərlik etdiyi “Neft yataqların işlənməsi və istismarı ” kafedrasında çalışıb.

G.Ağayeva 1987-ci ildən isə Azərbaycan EA (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində işləyir. 2008-ci ildə”Heterogen sistemlərin axınlarında çətinləşdirici faktorları nəzərə almaqla qeyri müntəzəm xüsusiyyətlərin tətqiqi və tənzimlənməsi” mövzusunda 2003.01-Maye,qaz və plazma mexanikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi dərəcəsini almaq üçün Bakı Dövlət Universitetində dissertasiya işini müdafiə etmişdir.

Gülşən Ağayeva 32 elmi işin müəllifidir. O,həmçinin 2010-2013-cü illərdə Elmin İnkişaf Fondu tərəfindən təsis edilmiş və Neft şirkətinin elmə dəstək qrant layihələrin yerinə yetirilməsində iştirak etmişdir.            Hal -hazırda “Hedrogen sistemlərin birgə axınlarında yaranan qeyri stasionar,qeyri tarazlıq proseslərin nəzəri və tətbiqi əsaslarının işlənməsi”mövzusunda elmi tədqiqat işlərinin aparılmasında fəal iştirak edir.

Gülşən  Ağayeva 2014-cü ildə “Əmək veteranı” ilə təltif olunub.

İnstitutun kollektivi Gülşən xanımı 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, elmi yaradıcılığında, şəxsi və iş həyatında yeni uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər