![](https://www.imm.az/exp/wp-content/uploads/2023/12/22.jpg)
21/02/2024
28 fevral 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların approksimasiya nəzəriyyəsinin müxtəlif məlum bərabərsizliklərinin (düz və tərs teoremlər) doğruluğunu və eynigüclülüyünü göstərməyə imkan verən metod təklif olunacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.