Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Misir Mərdanov DSX Xüsusi Məktəbinin qonağı olub


2024-cü il 11 mart tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin qonağı olub.

Pedoqoji heyətlə görüşündə professor ölkəmizdə müəllim adını hər zaman uca tutan, hərtərəfli dünyagörüşünə sahib olan Ulu Öndər Heydər Əliyevin elm və təhsilin inkişafında müstəsna xidmətlərindən danışıb. Xüsusi Məktəbin 2011-ci ildə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilməsinin Təhsil naziri olduğu vaxta təsadüf etdiyini bildirib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlərindən danışan Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun alim və professor heyətinin Xüsusi Məktəbin müəllim və kursant heyəti ilə davamlı görüşlərinin təşkil olunmasının vacibliyini vurğulayıb.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyət göstərməsinin dövlətimiz və təhsilimiz üçün çox böyük əhəmiyyətə malik olduğu bildirilib, kursantlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə edilərək təhsilin müsbət dinamik inkişafı xüsusi qeyd olunub, auditoriyalarda canlı dərs prosesinə baxış keçirilib.

Sonra professor Misir Mərdanov Xüsusi Məktəbin zəngin kitab fonduna malik kitabxanası ilə tanış olub, eləcə də müəllifi olduğu Riyaziyyat kitablarını məktəbə hədiyyə edəcəyini bildirib.

Sonda müəllim heyəti ilə təcrübə mübadiləsi aparılıb və kursantlara əhəmiyyətli tövsiyələr verilib, Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkilib.

dsx.gov.az

Faydalı linklər