Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Microsoft süni zəkaya həsr edilmiş tədbir keçirəcəyini elan edib


Microsoft şirkəti süni zəkaya həsr edilmiş tədbirin keçiriləcəyini elan edib. Şirkətin rəsmi məlumatına əsasən süni zəka mövzusunu əhatə edəcək tədbir 20 may tarixində baş tutacaq. Həmin tarixdə baş tutacaq tədbir çərçivəsində Microsoft CEO-su Satya Nadella şirkətin süni zəka sahəsindəki software və hardware üzrə istiqamətlərindən danışacaq. Məlumata əsasən tədbir şirkətin Surface cihazlarını və Windows əməliyyat sistemindəki süni zəka imkanlarını əhatə edəcək.

Bununla yanaşı tədbir çərçivəsində Surface Pro 10 planşetinin və Surface Laptop 6 noutbukunun təqdim olunacağı gözlənilir. Adları çəkilmiş bu yeni cihazlar Qualcomm-un Snapdragon X Elite adlı desktop prosessoru vasitəsilə çalışmalıdırlar. Qeyd etmək lazımdır ki, 21 may tarixində isə şirkətin ənənəvi Build tədbiri start götürəcək və o, 22 may tarixinə kimi davam edəcək. Microsoft Build 2024 tədbirində də şirkət öz yeni süni zəka imkanları barəsində məlumat verməlidir.

technote.az

Faydalı linklər