Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək


Aprelin 3-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə İnformasiya Texnologiyaları İnstitutunda “Clarivate” şirkətinin nümayəndəsi Inesh Kenzhina tərəfindən təlim keçiriləcək. Təlim “Web of Science” bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi məqsədilə seçilmiş jurnalların əməkdaşları üçün təşkil olunur.Təlimin mövzuları jurnalların “Web of Science” bazasına seçilməsi üçün meyarlar və beynəlxalq səviyyədə tanınan uğurlu elmi jurnalların sayının artırılması üçün əsas vasitələrdir.

Qeyd edək ki, təlimdə onlayn iştirak da mümkündür.Bu məqsədlə aşağıda qeyd olunan keçiddən (Zoom) istifadə edə bilərsiniz: https://shorturl.at/FMTV5

Rus dilində keçiriləcək təlim saat 10:00-dan 13:00-dək davam edəcək.

edu.gov.az

Faydalı linklər