Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazovu 75 yaş münasibətilə təbrik edirik!


Elşad Hətəm oğlu Eyvazov 01 aprel 1949-cu ildə Şamaxı rayonunun Bəklə kəndində anadan olub. 1966-cı ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) “Mexanika-riyaziyyat fakültəsinin “Riyaziyyat” şöbəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.1974-cü ildə Azərbaycan SSR EA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş laborant,kiçik elmi işçi,baş elmi işçi vəzifələrində çalışıb. Halhazırda RMİ-nun “Funksional analiz” şöbəsində baş elmi işçisi vəzifəsində çalışır.

2016-cı ildə “Kvant mexanikasının bəzi diferensial operatorlarının spektral xassələri haqqında” mövzusu ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. Elşad Eyvazov 70-ə yaxın elmi məqalələrin müəllifidir. Məqalələri Rusiya Federasiyası, Ukrayna, İngiltərə və ABŞ-nın nüfuzlu jurnallarında çap olunub.

 İnstitutun kollektivi Elşad Eyvazovu 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər