Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gözdən əlillər üçün süni intellektli bələdçi


Çinin Şimal-Qərb Politexnik Universitetinin alimləri süni intellekt dil modelindən istifadə edərək görmə qabiliyyəti məhdud olan insanlar üçün bələdçi it hazırlayıblar. Elm adamları bu itin naviqasiya və yoldaşlıq üçün çox yaxşı vasitə olduğunu hesab edirlər.

Tədqiqatçılar AI bələdçi itin hətta əvvəlki elektron naviqasiya vasitələrindən üstün olduğunu söyləyirlər. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış digər alətlərdən fərqli olaraq, bu texnologiya insan göstərişlərini başa düşə və hətta onlarla danışa da bilər. Bundan əlavə, onun küçə, lift və qapalı məkanlarda naviqasiya qabiliyyətinə malik olacağı da bildirilir.

“Dil modelindən istifadə edən ağıllı bələdçi itlər gözdən əlil insanlara daha rahat və təhlükəsiz naviqasiya təklif edə və onların həyat keyfiyyətini effektiv şəkildə yaxşılaşdıra bilər”, – deyə Universitetin dosenti Sun Zhe qeyd edib.

Qeyd edək ki, texnologiya hələ inkişafın ilkin mərhələsindədir və mütəxəssislər onun daha geniş miqyasda mənimsənilməsi üçün çalışırlar. Tədqiqatçılar bələdçi itin tezliklə milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıracağına, onların müstəqil şəkildə hərəkət etməsinə kömək edə biləcəyinə ümid edirlər.

respublika-news.az

Faydalı linklər