Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

NASA Floridada evə düşən sirli “kosmik obyekti” araşdırır


NASA Florida ştatında evə düşən naməlum obyekti araşdırmağa başlayıb. Ehtimallardan biri onun Beynəlxalq Kosmik Stansiyadan atılan zibil parçası olmasıdır.

Martın 8-də günorta saatlarında göydən düşən naməlum cisim Alejandro Oteronun Florida ştatının Neapol şəhərindəki evinin damını dəlib.

Kosmik agentliyin açıqlamasına görə, NASA cismin mənşəyini müəyyənləşdirmək üçün onu Floridadakı Kennedi Kosmik Mərkəzində tədqiq edəcək. Dəqiq məlumat tədqiqat işləri başa çatdıqdan sonra əldə olunacaq.

azertag.az

Faydalı linklər