Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə gəlib” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda AMEA prezidenti akademik İsa Həbibbəylinin Ramazan bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, eləcə də AMEA rəhbərinin iştirak etdiyi “Yeni tarixi dövr və milli ideya” mövzusunda tədbirə və Rəyasət Heyətinin növbəti iclasına dair xəbərlər yer alıb.

Qəzetdə “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” başlıqlı yazı, həmçinin Akademiya rəhbərliyinin iştirakı ilə keçirilən əhəmiyyətli tədbirlərə dair informasiyalar dərc edilib.

Bu sayda “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-elmi təhlil”, “Nizami Gəncəvidən Qütb Xarəzimiyə Xosrov və Şirin”, “Azərbaycanda ilk elmlər doktoru və professor” başlıqlı məqalələr və digər yazılarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar, bundan əlavə, AMEA-nın vitse-prezidenti İbrahim Quliyevin müəllifi olduğu məqalə təqdim olunub.

science.gov.az

Faydalı linklər