Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat ve Mexanika İnstitutunun bir qrup əməkdaşına bayram sovqatı paylanılıb


Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət və həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır.

Bu müqəddəs bayram münasibətilə Elm və təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən qarşıdan gələn Ramazan bayramı münasibətilə müəssisənin xüsusi yardıma və qayğıya ehtiyacı olan 23 nəfər aztəminatlı əməkdaşına sovqatlar paylanıb.

Yardımları institutun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İradə Mirzəzadə təqdim edərək, əməkdaşları qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər