Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm”qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prerzident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub” başlıqlı icmal təqdim edilib.

Bügünkü sayda AMEA-da dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans, “Yaşıl artım və dayanıqlı inkişaf”, eləcə də “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzularında tədbirlərə dair yazılar yer alıb.

Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbbibbəylinin İraq alimləri və Tatarıstan EA-nın institut direktoru ilə görüşləri barədə xəbərlər, Akademiya rəhbərliyinin iştirakı ilə keçirilən əhəmiyyətli tədbirlərə dair informasiyalar dərc edilib.

Bu sayda AMEA-da akademik Fazil Qurbanovun 80 illik yubileyinə həsr olunmuş tədbirə və Füzulidə böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfransa dair yazılar, “İctimai fəaliyyətlə elmin sintezi”, “Vətənsevər və dövlətçi alim (avtobiqorafik tarixşünaslıq prizmasında baxış)” və “Töhfeyi-sami” başlıqlı məqalələr və digər yazılarla tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin müəllifi olduğu məqalə, bundan əlavə, ötən həftə AMEA-da keçirilən tədbirlərə və son elmi yeniliklərə dair informasiyalar təqdim olunub.

science.gov.az

Faydalı linklər