Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi seminarın növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 23 aprel 2024-cü il tarixli iclasında Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir.

İclasın sədri fizika- riyaziyyat elmlər doktoru, professor Nizaməddin İsgəndərov iclası açaraq sözü Günay İsmayılovaya vermişdir. İddiaçı dissertasiyanın mövzusunun aktuallığı, işdə alınan əsas nəticələr haqqında məlumat vermişdir.

Rəyçilərin riyaziyyat elmlər doktoru, professor Yaşar Mehrəliyev və fizika- riyaziyyat elmlər namizədi, dosent Vaqif Məstəliyevin təqdim etdikləri rəylər müsbətdir. Sonda sədr və seminar üzvləri iş haqqında öz müsbət fikirlərini bildirdilər, iddiaçıya uğurlar arzuladılar. Gizli keçirilən səsvermənin nəticəsi müsbət olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər