Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elm və Təhsil Nazirliyi dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan “Times Higher Education” (THE) ilə strateji əməkdaşlığa başlayır


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ölkədə ali təhsilin inkişafı məqsədilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) ilə uzunmüddətli strateji tərəfdaşlığa başlayır.Tərəfdaşlıq çərçivəsində Azərbaycan universitetlərinin tədqiqat imkanlarının genişləndirilməsi və müvafiq istiqamətdə beynəlxalq nüfuzunun artırılması prosesinə THE tərəfindən dəstək göstəriləcəkdir. Bu məqsədlə ali təhsil müəssisələri üzrə data əsaslı təhlil aparılacaq və nəticələrə uyğun olaraq ölkə səviyyəsində və müvafiq ali təhsil müəssisələri üzrə inkişaf strategiyaları hazırlanacaq. Əlavə olaraq, yerli ali təhsil müəssisələrinin göstəricilərini xarici ali təhsil müəssisələri ilə müqayisədə təhlil etməyə imkan verəcək məlumat panelinə çıxış Nazirlik üçün təmin olunacaq.

Noyabr ayında COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə əlaqədar olaraq cari il Azərbaycanda tarixi bir zamandır. Azərbaycan universitetləri Birləmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini dünya səviyyəsində nümayiş etdirmək imkanı əldə edəcəklər”.Qeyd edək ki, Elm və Təhsil Nazirliyi THE-nin təşəbbüsü ilə Taylandın paytaxtı Banqkok şəhərində keçiriləcək və Azərbaycan universitetlərinin də təmsil olunacağı Qlobal Davamlı İnkişaf Konqresində əsas iştirakçılardan biridir.

Nazirlik və THE arasında əməkdaşlıq çərçivəsində sentyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ölkədə “THE Impact Forum 2024” keçiriləcək.

Mənbə: https://rb.gy/ivxyxd

edu.gov.az

Faydalı linklər