Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


22 may 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Ümuminstitut seminarda RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Rəşid Əvəzağa oğlu Əliyev “Orliç fəzalarında harmonik analizin bəzi operatorlarının məhdudluğu” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzə harmonik analizin əsas operatorlarından olan kəsr-maksimal operatorun, Riss potensialının və onların kommutatorlarının Orliç fəzalarında məhdudluğuna həsr edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər