Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


16.04.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Riyazi Fizika Tənlikləri şöbəsinin aparıcı elmi işçisi, r.e.d., Bağırov Şirmayıl Həsən oğlu “Sonsuz oblastda yarımxətti parabolik tənliklər sisteminin qlobal həllinin yoxluğu” mövzusunda məruzə edəcəkdir..

Məruzədə oturacağı kompaktın xarici olan sonsuz silindrdə sinqulyar potensiallı yarımxətti parabolik tənliklər sisteminə baxılacaq. Fəzanın ölçüsündən, qeyr-xəttiliyin dərəcəsindən və sinqulyarlıq əmsalından asılı olaraq qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılacaq.Bəzi hallarda alınan şərtlərin dəqiqliyi yoxlanılacaq

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.